KİV: Kərkükdə baş verən partlayış nəticəsində 8 İraq polisi həlak olub

Bazar günü Kərkük əyalətinin şimalında ekstremistlərin bir neçə polis maşınının marşrutu boyunca yerləşdirdiyi bombanın partlaması nəticəsində İraq federal polisinin 8 əməkdaşı həlak olub.

APA xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

Bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirilən partlayıcı işə düşüb.

Rəsmi məlumata görə, ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var.

Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış.

Partlayışın İŞİD tərəfindən törədildiyi güman olunur.