Səfir Antonov: ABŞ Ukraynadakı münaqişəyə cəlb olunmaqda davam edir

Amerika hakimiyyəti Ukraynadakı münaqişəyə qarışmaqdan əl çəkmir, özünüqoruma instinktini itirir.

APA xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Newsweek-ə müsahibəsində qeyd edib.

Diplomatın sözlərinə görə, Ukrayna böhranı beynəlxalq münasibətlərdə həlledici rol oynaya bilər:

"Birləşmiş Ştatlar Ukraynadakı münaqişəyə getdikcə daha da dərinləşir - ona görə də rusofobiya sağlam düşüncə və yaradıcılıq üzərində üstünlük təşkil edir".

Onun fikrincə, Ukraynaya sonsuz silah göndərilməsi Vaşinqtonun münaqişəni gərginləşdirmək istəyindən xəbər verir. Eyni zamanda, hər iki tərəf qlobal təhlükəsizlik üçün öz məsuliyyətlərini yadda saxlamalıdır, deyə Antonov fikrini yekunlaşdırıb.