Ukrayna müharibədə qalib gəlməlidir - Metsola

Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün Ukraynaya əlavə maliyyə və hərbi yardım göstərilməlidir.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin rəhbəri Roberta Metsola deyib.

“Bu müharibə dərhal dayandırılmalı və Ukrayna qalib gəlməlidir. Bu da Ukrayna üçün çoxlu silah, maliyyə və humanitar yardım deməkdir”, - Metsola bildirib.