İran-Pakistan sərhədində silahlı toqquşma olub, SEPAH-ın 4 hərbçisi öldürülüb

İran-Pakistan sərhədində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüşçüləri ilə silahlı qruplaşma arasında atışma olub.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, hadisə İranın Pakistanla sərhəddə yerləşən Saravan şəhərində qeydə alınıb.
Silahlı toqquşma nəticəsində SEPAH-ın 4 hərbçisi öldürülüb.