“Twitter” əməkdaşlarından üsyan: Mask tualet kağızını da kəsdi  

Milyarder İlon Mask sosial media nəhəngi “Twitter”i aldıqdan sonra pula qənaət etmək üçün sağlamlıq faydalarını azaldıb və pulsuz ofis yeməklərini yığışdırıb. Lakin “Twitter”  əməkdaşlarının sözlərinə görə, Maskın dəyişiklikləri bununla məhdudlaşmayıb. Nyu York ofisinin işçiləri Maskın təmizlik işçilərinin müqavilələrini yeniləmədiklərindən və tualet kağızı tapa bilmədiklərindən şikayətləniblər.





 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, son üç gündə “Twitter”in Nyu-Yorkun Çelsi məhəlləsindəki ofisinin işçiləri milyarderin ofisdaxili təchizat və təmizlik işləri ilə məşğul olan obyektlərin təmiri işçilərinin müqavilələrini yeniləməmək qərarından əziyyət çəkiblər. “Business Insider” hadisə şahidlərinə əsaslanaraq xəbər verir ki, təmizlənməmiş tualetlərdən gələn pis qoxular dəhlizlərə və iş yerlərinə sızır.

Məlumata görə, adının açıqlanmasını istəməyən “Twitter”  əməkdaşları da ofisin heç bir yerində tualet kağızının olmadığını bildiriblər. İşçilər həmçinin bildiriblər ki, gigiyenik vəziyyətin pisləşməsi ilə bağlı səlahiyyətlilərə məlumat verilib.

Mask işçilərə xidmət göstərən müxtəlif sağlamlıq faydalarını kəsib, pulsuz yemək və ofis qəlyanaltılarını məhdudlaşdırıb.

“Twitter”in San-Fransiskodakı baş qərargahındakı bəzi ofisləri otel xərclərini azaltmaq üçün yataq və hamam yerlərinə çevirib. Maskın da aylardır burada olduğu bildirilir.

“Business Insider” həmçinin bildirir ki, Mask puluna qənaət etmək üçün keçən həftə “Twitter”in
ABŞ-dakı üç əsas məlumat serverindən birini qəfil bağlayıb.

Nyu-York ofisində bir işçi, tualet kağızı kimi vacib ofis ehtiyaclarının olmamasının "çox pis" olduğunu və şirkətin onsuz da aşağı olan mənəviyyatına daha çox təsir etdiyini söyləyib.

Başqa bir işçi əlavə edib ki, şirkət tualet kağızı verməsə, işçilər tualet kağızlarını evdən gətirməli olacaqlar.

Turan