Moskvaya hücum: hava limanları fəaliyyətini dayandırdı

Ukrayna PUA-larının Moskvaya hücumu nəticəsində Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, Kazan, Samara, Nijekamsk, Penza və Saratov hava limanları da təhlükəsizlik səbəbi ilə uçuşların qəbulunu və yola salınmasını müvəqqəti olaraq dayandırıb.

Qeyd edək ki, bundan öncə Ukraynanın Rusiyaya 121 PUA ilə hücum etdiyi haqda məlumat yayılmışdı.