Ermənistanda keçmiş komitə sədri polis nəzarətinə verilib

Ermənistanın Dövlət Əmlakının İdarəolunması Komitəsinin keçmiş sədri Arman Saakyan polis nəzarətinə verilib.

APA-nın xəbərinə görə, bu barədə məhkəmə qərarı çıxarılıb.

Məlumata əsasən, vəzifədən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunan Saakyan özü və digər 13 nəfər barəsindəki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, o, 2014 – 2017-ci illərdə Ermənistan Parlamentinin sədri olmuş Qalust Saakyanın oğludur.

***

05:24

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.