“Rusiya-Ukrayna müharibəsinin növbəti aylarda daha da şiddətlənməsi gözlənilir”.
“Sherg.az” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
İ.Kalının sözlərinə görə, bu, daha çox ölüm, dağıntı və uzunmüddətli dərin böhran deməkdir:
“Atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər Türkiyə danışıqlara yol açmaq üçün gərgin səylərini davam etdirəcək”.