Rusiya XİN başçısı: “Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”.
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O vurğulayıb ki, Rusiya tərəfi ABŞ-ın istənilən ciddi təkliflərini nəzərdən keçirməyə və cavablandırmağa hazırdır.
Rusiya XİN başçısı Ukrayna ilə bağlı bütün qərarların Qərb tərəfindən verildiyini bildirib.