"...Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açılsın”
"Quru sərhədlərimizin bağlı qalmasının "pandemiya" ilə əlaqədar olmadığı hamıya aydındır. Əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi.
Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyyə edilməsi doğru qərardır".
"Sherg.az" xəbər verir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Onun qənaətincə, son hucum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın:
"Amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın. Əvvəl bu addım atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı. indi isə İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açmağa tam haqqımız var. Həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar".
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.