Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan etdi

Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan edib.
Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat verib.
Nazirliyin məlumatına görə, Rusiya səfirliyinin iki diplomatı öz statuslarına uyğun gəlməyən hərəkətlərə yol verib.
“Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları arasında iki diplomat Baş Qərargah Sazişinə zidd hərəkətlər edib”, - deyə məlumatda qeyd edilib.
Onlardan Avstriya ərazisini tərk etmək tələb olunub.
Mənbə: Moskva24