Rusiya Ukraynanın daha bir kəndini işğal edib

Rusiya ordusu Ukraynanın daha bir kəndini nəzarətə götürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Xarkov vilayətinin Qryanikovka kəndi nəzarətə götürülüb.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.