Bu, Putini qəzəbləndirdi: eskalasiya qorxusu...

Ukrayna qoşunlarının Kursk vilayətində gözlənilməz əməliyyatı Kreml rəhbəri Vladimir Putini qəzəbləndirib.

Axar.az xəbər verir ki, bu barədə “Hill” məlumat yayıb.

Məqalədə bildirilib ki, Putin işğalı “böyük təxribat” adlandırıb:

“Bu Kremlin təkcə Ukraynaya qarşı müharibədə deyil, həm də Kiyevin əsas dəstəkçisi ABŞ-la münasibətlərdə potensial eskalasiya qorxusunu artırıb”.

GLOBSEC analitik mərkəzinin siyasət və proqramlar üzrə vitse-prezidenti Yelena Kudzko bildirib ki, hücumun necə davam edəcəyi bəlli olmasa da, Ukrayna Rusiya ərazisinə girərək müharibənin rəvayətini uğurla dəyişib:

"Ukraynalılar müharibə haqqında rəvayətləri dəyişdirmək üçün bütün səylərini göstərirlər. Kurskdan əvvəl belə bir hiss var idi ki, müharibə kifayət qədər proqnozlaşdırıla bilər və bir çox tərəfdən müharibə artıq donmuş kimi qəbul edilirdi”.