Cəlilabadda payızlıq kartof əkini başlayıb

Artıq bir neçə gündür ki, Cəlilabad rayonunda payızlıq kartof əkininə start verilib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun ayrı-ayrı kəndlərində 900 hektar sahədə kartof əkiləcək. Ötən il isə bu rəqəm 260 hektar olub.
Fermerlər qeyd edib ki, kartof məhsulunun yığımı dekabr ayında başlayacaq.
Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.