İsrail HƏMAS-ın qərargahına dəqiq zərbələr endirdiyini açıqladı

İsrail ordusu HƏMAS-ın Qəzza zolağında yerləşən qərargahını dağıtdığını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail ordusu kəşfiyyat məlumatlarına əsasən müəyyən edib ki, HƏMAS Qəzzanın şimalında yerləşən Əl-Tabain məktəbində özünün komanda və idarəetmə mərkəzi qurub. Həyata keçirilən əməliyyat nəticəsində təşkilatın qərargahına dəqiq zərbələr endirilib.
İsrail tərəfi iddia edir ki, sözügedən qərargahda İsrail hərbçilərinə qarşı müxtəlif hücumların planlaşdırılması həyata keçirilib.