İmişlidə əkin sahələri azalıb

İmişlidə bu il əkin sahələri azalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, bu il ümumi əkin sahəsi əvvəlki illə müqayisədə 1 459,7 hektar azalıb.
Belə ki, 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Bunun 16 664,3hektarı dənli və dənli paxlalı bitkilər, 77,7hektarı kartof, 138,1 hektarı tərəvəz, 324,6 hektarı bostan bitkiləri, 214,7 hektarı şəkər çuğunduru, 7 033,7 hektarı pambıq və 18 469 hektari isə yemlik bitkilərinin payına düşür.