7 aylıq körpə anju edildi

İşıq tarixə düşdü
 
 Ankarada 7 aylıq körpə üzərində anju əməliyyatı keçirilib.  “Sherg.sz” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 980 qram ağırlığında doğulmuş körpənin şah damarında tıxanıqlıq olduğu müəyyənləşib. 15 gün keçdikdən sonra körpə əməliyyata alınıb. Ankara Etlik Şəhər Xəstəxanasında dünyaya gələn körpənin nəfəsdarlığı çəkdiyi məlum olub. Körpə vaxtından əvvəl dünyaya gəldiyindən reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Lakin burada da körpənin ağır nəfəs aldığı müşahidə edilib. Dosent doktor  Seda Aydoğan məlumat verib ki, körpənin damarlarında problem var və o, mütləq əməliyyat edilməlidir. Körpənin çəkisinin çox az olmasına baxmayaraq, həkimlər təhlükəni gözə alaraq əməliyyata başlayıblar.  Və körpənin damarları anju əməliyyatı ilə açılıb. 1.5 mm olan damarlar genişləndirilərək 3.5 mm-ə çatdırılıb. Bir neçə gün sonra körpənin çəkisində artım qeydə alınıb. Körpə 9 ayına çatdıqda çəkisi 2 kiloqram 100 qram olub. Adını İşıq qoyublar. İşıq 7 aylıq əməliyyat olunan körpə olaraq tibb tarixinə adını yazdırıb.