Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, əlavə təyin edilən qatarlar avqustun 15-də saat 09:15-də Bakıdan- Ağstafaya, avqustun 16-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.