Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,8%-dən 3,8%-ə yüksəldib. Bu isə əvvəlki proqnoza nisbətən 1% bəndi çoxdur.
2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%-dən 3,5%-ə, ilin son rübü üzrə isə proqnozunu 1,5%-dən 3,0%-ə kimi artırıb. Korporasiya 2025-ci il üzrə isə proqnozunu dəyişməyərək 2,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, Dünya Bankının açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir. Dövlət Statistika Komitəsi isə ilin ilk yarısında 4,3% civarında iqtisadi artım qeydə aldığını açıqlayıb.