“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-2025-ci illərdə hasilatı 0,5 % artıracağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, ötən il SOCAR-ın neft və qaz hasilatı ümumilikdə gündəlik 286 min barel neft ekvivalenti səviyyəsində sabit olub: “Bu, Azərbaycanın neft hasilatının 8 % azalması və qaz hasilatının 3% artmasının ardınca baş verib. Azərbaycanın neft hasilatı tarixən azalıb və biz bunun dəyişəcəyini gözləmirik. Güman edirik ki, təbii qaz hasilatının artması hesabına SOCAR-ın hasilatı 2023-2025-ci illərdə hər il 0,5 % artacaq”.