Hizbullah ilk zərbəni endirəcək, ardınca İran...

Livanın “Hizbullah” hərəkatı İranı qabaqlayaraq, İsraili daha əvvəl vura bilər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, İsrail dövlətinə iki ayrı zərbə endirilməsi mümkündür:

“Bununla yanaşı, kəşfiyyat məlumatları azdır və tez-tez dəyişir”.