Hindistan Ermənistana silahları bu tarixdə çatdıracaq

Hindistan ilin sonuna kimi Ermənistanın sifariş etdiyi “Akash 1S” hava hücumundan müdafiə raket sistemlərini təhvil verməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Belə ki, 2022-ci ildə Ermənistan Hindistana təxminən 720 milyon dollar dəyərində “Akash” (Sky) hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş versiyası olan 15 ədəd “Akash 1S” sifariş verib. Bununla da Ermənistan sistemin ilk xarici alıcısı olub.
Dizaynına 1983-cü ildə Hindistan Müdafiə, Araşdırma və İnkişaf Təşkilatı tərəfindən başlanan orta mənzilli hava hücumundan müdafiə sistemi olan "Akash" sovet dövründən qalma SA-6 Gainful yer-hava raket sistemi əsasında hazırlanıb. Sistem 2009-cu ildə istifadəyə verilib.