"BakıKart" tətbiqinin işində problem yarandı - RƏSMİ AÇIQLAMA

"BakıKart" tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.

Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - deyə məlumatda bildirilir.

10:46
Artıq üçüncü gündür, "BakıKart" tətbiqi işləmir.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə şikayətlər yazılıb.