“Qarabağ” qələbə qazanıb

Azərbaycan Premyer Liqasında II tura start verilib.
“Report”un məlumatına görə, turun ilk oyun günündə “Qarabağ” klubu “Azərsun Arena”da Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.
“Kəpəz”in futbolçusu Elmir Tağıyev 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.