“Sabah”dan yeni transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Paytaxt təmsilçisi braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlayıb. Mərkəz müdafiəçisi Portuqaliyanın “Şaveş” klubundan transfer edilib.

Qeyd edək ki, “Sabah” bunadək Kahim Parris, Coy-Lens Mikels, İvan Lepinitsa, Neqoş Kupusoviç və Pavol Şafrankonu transfer edib.