Neçə nəfər deputatlığa namizəddir?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib: "Onlardan 1462 nəfərinin namizədliyi təsdiqlənib, 1420 nəfərinə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb".