Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb.

Baş verən ağır yol qəzası zamanı iki nəfər hadisə yerində ölüb və xəsarət alan var. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.