ABŞ vitse-prezidentinin təyyarəsi Münxendə xarab olub

Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-nin vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-yə qayıdacaq.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.

O qeyd edib ki, vitse-prezidentin mavi-ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-yə C-17 dəstək təyyarəsi ilə qayıdacaq.

K.Harris qrafik üzrə indiki saatlarda hərbi təyyarə ilə ABŞ-yə yola düşmüş olmalıdır.