ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb

Suriyanın Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazası raket atəşinə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Hücum nəticəsində yaralananlar və ölənlər barədə məlumat yoxdur.

“Al Hadath” telekanalının məlumatına görə, Koniko və Əl Ömər yataqlarının yaxınlığında yerləşən bazanın uçuş-enmə zolağı hücuma məruz qalıb.