Rusiyada BMP-lər planşetlə idarə olunacaq

Rusiyada BMP-3-ün sürücü olmadan, elektron planşetlə idarə oluna bilən versiyası yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Zvezda” kanalı məlumat yayıb.

Versiya “Siqnal” Ümumrusiya Elmi-Araşdırma İnstitutu tərəfindən hazırlanıb.

İnstitutun baş konstruktoru Sergey Kurdubanovun sözlərinə görə, belə bir versiyanı bütün hərbi texnikalar üçün tətbiq etmək olar. Bunun üçün sadəcə 10 gün vaxt lazımdır.