Tramp həbs olunacaqmı? Fotolar ABŞ-də səs-küy yaratdı

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamın bu həftə qəbul edilərək həbs olunacağı gözlənilir. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Trampla bağlı qərar açıqlanmazdan əvvəl sosial şəbəkələrdə süni intellektlə yaradılmış fotolar yayımlanıb. Trampın tərəfdarları saxta fotolara reaksiya veriblər.



Trampa qarşı ittiham təsdiqlənərsə, keçmiş prezident gələn həftə Nyu-Yorkda məhkəmə binasına gətiriləcək. Tramp ötən həftə sosial media hesabında “Çərşənbə axşamı həbs olunacağam” desə də, qərar açıqlanmayıb.




Trampın məhkəmə prosesi ərəfəsində sosial şəbəkələrdə süni intellektdən istifadə edilərək hazırlanmış  fotolar yayımlanıb.

Saxta fotolarda Tramp həbsinə müqavimət göstərir və polisdən yayınmağa çalışır.


Bəzi istifadəçilər fotoları səhv salıblar. Tramp tərəfdarları ilə digər istifadəçilər arasında şiddətli mübahisələr olub.