Şavkat Mirziyoyev İrana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün İrana səfər edəcək.

Trend xəbər verir ki, Özbəkistan Prezidenti səfər çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüş keçirəcək.

Bundan əlavə, səfər zamanı İran və Özbəkistanın yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri baş tutacaq. Tərəflər həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalayacaqlar.