İmamoğlu “sədr dəyişikliyinə” işarə etdi

28 May seçkilərindən sonra CHP-də dəyişikliklə bağlı müzakirələr davam edir.  Partiyasında dəyişiklik istəyən İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu təşkilatdan  gözləntilərini artırıb. Partiyada “heç nə olmamış kimi davrananların” olduğunu deyən İmamoğlu ilk dəfə başqan dəyişikliyi ilə bağlı da danışıb. İmamoğlu dəyişikliyi “nə lazımdırsa” və sədr dəyişikliyi üçün “o cümlədən, lazım gələrsə” şəkilində dəyərləndirib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dəyişiklik dedikdə o, “İndiyə qədər sınaqdan keçirdiyimiz üsullarla uğur qazana bilməmişiksə, üsulları dəyişdirməliyik” deyə cavablayıb.  İmamoğlu partiyanın ortaq ağılla hərəkət etməli olduğunu bildirib:
"Heç nə olmamış kimi davrana bilmərik".

CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü və bu görüş zamanı meydanda gördüklərini danışdığını ifadə edən İmamoğlu, "Fikirlərimin heç birinə yox demədi" deyə vurğulayıb. 

Kılıçdaroğlu ilə görüşünün çox müsbət keçdiyini deyən İmamoğlu sözünə belə davam edib:
"Düşünürəm ki, bu, dəyişikliyə yol açacaq. Bu məsələ İmamoğlunun və ya başqasının şəxsi məsələsi deyil. Bu, sosial bir məsələdir. Bizə ümid vermək lazımdır. Vəziyyətdən razı olmayan böyük bir insan kütləsi var. Yerli seçkilərə qədər məyusluğu aradan qaldırmağımız zəruridir”.

Turan