Tarixdən əvvəlki növ olan köpəkbalığı tutulub, çəkisi 800 kiloqramdır

Tayvanda tarixdən əvvəlki növ kimi təsvir edilən goblin köpəkbalığı tutulub. 800 kiloqramlıq canlının 1200 metr dərinlikdə yaşadığı və insanlar üçün təhlükə yaratmadığı bildirilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 800 kiloqramlıq goblin köpəkbalığı balıqçıların torlarına düşüb.

"9News"un xəbərinə görə, Yilan şəhərinin şimal-şərq sahilində tutulan köpəkbalığının hamilə olduğu aydın olub.

Tayvan Okean İncəsənəti Muzeyinin rəsmiləri sərgiləyəcəkləri köpəkbalığının nadir olduğunu və bundan əvvəl iki dəfə Meksikada tutulduğunu bildiriblər.

Təxminən 1200 metr dərinlikdə yaşayan köpəkbalığının şəffaf dərisi, çəhrayı bədəni və iti dişləri var.

Bu növ insanlar üçün heç bir təhlükə yaratmır.

Turan