Lavrov Belarusa səfər edib

Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Belarusa səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Minskdə keçiriləcək iclasda çoxtərəfli əməkdaşlığın yekunlarının və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyətlərinin rəhbərlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcəyi də bildirilib.