İnsanların 3,6 faizi  doğulduğu ölkədən kənarda yaşayır - DƏHŞƏTLİ MƏNZƏRƏ

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatına görə, dünya əhalisinin təxminən 3,6 faizi doğulduğu ölkədən və ya regiondan kənarda yaşamalı olur.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, qlobal miqrasiya, qaçqın və sığınacaq məlumatları 20 iyun Ümumdünya Qaçqınlar Günü üçün tərtib edilmişdir.

Bəşər tarixinin dəyişməz problemlərindən biri olan miqrasiya fenomeni müxtəlif səbəblər üzündən qlobal hadisə olmaqla yanaşı, beynəlxalq qurumların və milli dövlətlərin həll edə bilmədiyi, dünyanın hər yerində hiss olunan böyük problemə çevrilmişdir. 

Müharibələr, dondurulmuş münaqişələr, gəlir bərabərsizliyi və yanlış idarəçilik kimi miqrasiyanın məlum səbəblərinə qlobal istiləşmə və ekoloji fəlakətlərin də əlavə olunması ilə coğrafiyasını tərk etmək məcburiyyətində qalan insanların sayı görünməmiş səviyyəyə çatıb.