Minlərlə jurnalist işsiz qalacaq - Süni intellektə keçid...

Dünyaca məşhur alman qəzeti olan “Bild” müxtəlif redaktor işlərini süni intellektlə əvəz edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə qəzetin sahibi və Avropanın ən böyük media naşiri Aksel Şpringer SE işçi heyətinə elektron məktub göndərib.
Məktubda süni intellekt və avtomatlaşdırılmış proselərlə görülə bilən vəzifə işçiləri ilə yolların ayrılacağı qeyd olunub.
Bəzi məlumatlara görə, qəzetdə redaktor, çap işçiləri, alt redaktorlar, korrektorlar və foto redaktorları vəzifələri indiki kimi mövcud olmayacaq.
Beləliklə, qəzet tam rəqəmsal media şirkəti olacaq.
Lakin Alman Jurnalistlər Birliyi (DJV) Springerin planlarını tənqid edib.
Bildirilib ki, bu addım işçilərə qarşı antisosial olmaqla yanaşı, həm də iqtisadi baxımdan səhv addımdır.