"Taliban" Əfqanıstanda məhkəmə olmadan cəza tətbiqini qadağan edib

“Taliban”ın ali lideri Heybətullah Axundzadə Əfqanıstanda məhkəmədənkənar cəza tətbiqini qadağan edən fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

"Taliban"ın rəsmi nümayəndəsi Zəbiullah Mücahid bildirib ki, məhkəmə şəriət əsasında cəza təyin edir. Bu fərmanı pozanlar cəzalandırılacaq.

Bundan əvvəl beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri "Taliban" tərəfindən keçmiş hökumət nümayəndələrinə və ölkədə yaşayan milli azlıqlara qarşı məhkəməsiz qətl faktları barədə dəfələrlə məlumat yayıblar.