Parisdə partlayış nəticəsində xəsarət alanların sayı 37-yə çatıb

Fransanın paytaxtı Parisin 5-ci rayonunda Sen-Jak küçəsindəki evdə baş verən partlayış nəticəsində yaralananların sayı 37 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen brifinqdə deyib.

Onun sözlərinə görə, yaralılardan 4-nün vəziyyəti pisləşib.

Hazırda xilasedicilər dağıntılar altında qalan iki nəfərin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, partlayış iyunun 21-də "Paris Amerika Akademiyası" dizayn məktəbinin yerləşdiyi Sen-Jak küçəsindəki evdə baş verib.

Paris prokurorluğu bəyan edib ki, insidentin səbəbi təhlükəsizlik qaydalarının pozulmasıdır.