Ukrayna Britaniya raketləri ilə Krıma zərbə endirib - YENİLƏNİB


Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşinko Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünün vurulmasına münasibət bildirib.

“Report”un xəbərinə görə, o, tviterdə yazıb ki, hazırda körpü bağlıdır.

Müşavirin sözlərinə görə, körpü mühüm logistik əhəmiyyət daşıyır: “Çünki onlar bu yolla Ukraynanın müvəqqəti işğal olunmuş hissəsinə hərbi yük daşıyırdılar”.