Baydenin  oğlu məhkəmə qarşısına çıxacaq

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyulun 26-da Delaver ştatında məhkəmə qarşısına çıxacaq.

Bu barədə “Reuters” agentliyi məhkəmə materiallarına istinadla məlumat yayıb. Hanter Bayden iki vergi cinayətində, habelə silah saxlama qaydalarını pozmaqda təqsirini etiraf edib.

Silahla bağlı araşdırma 2018-ci ildə - onun “Colt Cobra” tapançasının olduğu və narkotik qəbul etdiyi məlum olan zaman başladı. Həmin dövrdə Baydenin oğlu hökumət orqanlarının vergi ödəmək barədə tələblərinə də məhəl qoymadı.