İki yeni doğulmuş körpəsini öldürüb dondurucuya qoyub

Cənubi Koreya polisi iki yeni doğulmuş körpəsini öldürməkdə və cəsədlərini illərlə dondurucuda saxlamaqda ittiham olunan qadının həbsinə order verilməsini istəyib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Gyeonggi Nambu əyalət polisinin rəsmisi CNN-ə bildirib ki, 30 yaşlarında olan qadın 12, 10 və 8 yaşlı digər üç uşağına baxarkən maddi çətinliklərlə üzləşdiyi üçün körpələri öldürdüyünü etiraf edib.

Polis rəsmisi qeyd edib ki, yeni doğulan körpələr öləndə cəmi bir günlük olub.

İlk qurban qadının 2018-ci ilin noyabrında xəstəxanada doğulan dördüncü övladı olub.


Polis bildirib ki, qadın doğuşdan sonra qızı boğaraq cəsədini evində  dondurucuya qoyub.

Şübhəli 2019-cu ilin noyabrında doğulan beşinci övladına da eyni şeyi etməkdə ittiham edilib.

Qadının əri polisə bildirib ki, ona iki uşağın abort edildiyi və buna görə də iddia edilən qətllərdən xəbəri olmadığını deyib.


Qadın bu gün həbs qərarı ilə bağlı məhkəmə iclasında iştirak edəcək.

Turan