Rusiya FTX Priqojinin silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb


Rusiya Federal Təhlükəsizlik Xidməti "Vaqner" özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Milli Antiterror Komitəsi "Vaqner"in rəhbərindən qanunsuz hərəkətləri dayandırmağı tələb edib.