Putin şokdadır! Rusiyada Vaqner böhranı: "Adamlarımızı məhv edənlər cəzalandırılacaq"


“Minlərlə rus əsgərinin həyatını məhv edənlər, bizim adamlarımızı məhv edənlər cəzalandırılacaqlar”, - Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı “Vaqner” rəhbəri Yevgeni Priqojin  Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu ittiham edib.
Rusiyanın Ukraynaya hücumlarında fəal rol alan rus muzdlu “Vaqner” qrupu ilə Rusiya ordusunun rəhbərləri arasında gərginlik artıb. Rusiyalı muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun “Vaqner” əsgərlərini məhv etmək üçün əməliyyatlar həyata keçirdiklərini iddia edərək, “Rusiya Silahlı Qüvvələri Vaqner PMC düşərgələrinə raket zərbəsi endirib. Bir çox yoldaşlarımız öldü, bu müharibəyə necə cavab verəcəyimizə biz qərar verəcəyik” deyib.

Rus ordusunun hökmdarlarına qarşı böyük bir savaşa girdiklərini bildirən Priqojin, "Hər kəsdən sakit olmağı, təxribatlara boyun əyməməyi və evdə qalmağı xahiş edirəm. Başladığımız işi bitirdikdən sonra yenidən orduya dönəcəyi. Vətənimizi qorumaq üçün cəbhədə, orduda ədalət bərpa olunacaq. Bundan sonra ədalət bütün Rusiya üçün gələcək." deyə bildirib.

Rusiya Müdafiə Nazirliyi isə Rusiyanın “Vaqner” muzdlular qrupunun təsisçisi Yevgeni Priqojinin raket hücumu həyata keçirməsi ilə bağlı iddialarını təkzib edib.

Turan