Qəzzada qırğın davam edir: Can itkisi 39 min 677 nəfərə çatdı

Qəzzada can itkisi günbəgün artır.
Bakupost.az xəbər verir ki, İsrail ordusu Qəzzaya hər gün yeni hücumlar təşkil edir.
Hücumlar nəticəsində Fələstin küçələrində demək olar ki, heç bir bina qalmayıb.
İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi iki hücumda 24 mülki vətəndaş həyatını itirib, 110 mülki şəxs isə ağır yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, ümumi can itkisinin 39 min 677, yaralı sayının isə 91 min 645-ə yüksəldiyi bildirilib.