Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO


Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın mərkəzi küçərlərinə hərbi texnika yeridilib.

“Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, bütün mühüm obyektlər, dövlət orqanları və nəqliyyat infrastrukturu obyektləri gücləndirilmiş mühafizəyə götürülüb”, - deyə KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Rosqvardiya, OMON və Xüsusi Sürətli Cavab Dəstəsi ("SOBR") bölmələri həyəcan təbili çalıb.

Moskvanın mərkəzi küçərlərinə hərbi texnika yeridilməsi ilə bağlı yerli teleqram kanallarında görüntülər də yayılıb.

Görüntülərdə Moskvanın Nikolayamskaya və Bolşaya Dmitrovka küçələrində ağır hərbi texnikanın hərəkətdə olduğu müşahidə olunur.