Rusiya MN: Ukrayna Priqojinin təxribatından istifadə edib Baxmut istiqamətində qoşun cəmləşdirir


Ukrayna Yevgeni Priqojinin təxribatından istifadə edib Baxmut istiqamətində qoşun cəmləşdirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bu dəqiqələrdə yaydığı məlumatımda bildirilib.

"Priqojinin təxribatından istifadə edən Kiyev rejimi Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Briqadası və 36-cı Mexanikləşdirilmiş Briqadasının bölmələrini hücum əməliyyatları üçün start xəttində cəmləşdirir. Silahlı Qüvvələrin" Cənub" qruplaşmasının hərbçiləri düşməni hava və artilleriya zərbələri ilə darmadağın edir”,-deyə Rusiya MN-in məlumatında qeyd olunub.