"Vaqner”in Sankt-Peterburqdakı binası mühasirəyə alındı

Rusiyanın güc strukturlarının əməkdaşları “Vaqner” Xüsusi Hərbi Şirkətinin Sankt-Peterburqdakı binasını mühasirəyə alıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, binada yoxlama aparılır.
Məlumata görə, əməliyyatı Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları keçirir. Onlar binaya mülki geyimli şəxslərlə birlikdə daxil olublar.