Rusiyada "Vaqner" böhranı: Rus ordusuna qarşı üsyan başlayıb

Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Moskvaya qarşı üsyan qaldırdı. Rusiya kəşfiyyatı Prioqojinin hərəkətlərini qanunsuz elan edib. “Üsyan və xaos yaratmağa çalışan bu insanlar uğursuzluğa düçar olacaq”, - Rusiya lideri Putin bildirib. Sherg.az xəbər verir ki, Ukraynaya yaxın metropoliten şəhərlərindən biri olan Rostovun Vaqnerin nəzarətinə keçdiyi iddia edilir.

Yevgeni Priqojin Rusiya ordusunu Vaqnerə hücumda ittiham edib və cavab tədbirləri görəcəklərini açıqlayıb.

Telegram kanalında paylaşdığı videoda Priqojin Ukrayna müharibəsi ilə bağlı dünya gündəmini sarsıdacaq açıqlamalar verib, Rusiya ordusuna üsyan edib.


Bu arada "Qoşunlarımız rus əsgərlərini kürəyindən bıçaqlayan Vaqnerin lideri Yevgeni Priqojini məğlub etməyə hazırdır" deyə Çeçenistan lideri Ramazan Kadırov bildirib.