“Vaqner” Talovaya şəhərinə irəliləyir

Voronej sakinləri “Vaqner” qüvvələrinin ağır döyüş texnikası ilə Buturlinovkadan keçərək Talovaya şəhərinə doğru hərəkət etdiyini bildirib.

Axar.az xəbər verir ki, bununla bağlı “Aqreqator Pravdı” Teleqram kanalı görüntü paylaşıb.

Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.